Şirkətin qarşılaşdığı risklərin idarəedilməsinə dair rəhbəredici göstərişləri, o cümlədən risklərin idarə olunması prinsiplərini, həmçinin risklərin idarə olunması proseslərinin şirkətin fəaliyyətinə inteqrasiyası, risklərin səbəb və nəticələrinin, habelə onların təbiətinin, əmələgəlmə mənbələrinin müəyyən edilməsi üzrə biliklər.
Əldə ediləcək bacarıqlar:
Şirkətdə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və minimuma endirilməsi yolu ilə qarşıya qoyulan strateji hədəflərə nail olunmasına, fəaliyyətin səmərəliliyi və davamlı inkişafının təmin edilməsi bacarıqlarının mənimsəməsi.
Təlim auditoriyası:
Şirkətin risklərinin qiymətləndirilməsinə cavabdeh olan mütəxəssislər;
Keyfiyyət, ətraf mühit, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə menecerlər və ya rəhbərliyin səlahiyyətli nümayəndələri və şirkətdə idarəetmə sisteminin daimi təkmilləşdirilməsi üzrə əlavə həllər axtaranlar;
Risklərin idarəedilməsi üzrə əlavə biliklərə sahiblənmək istəyən idarəetmə sistemləri üzrə auditorlar;
Biznes proseslərin sahibləri;
Layihə rəhbərləri və ya menecerləri.
Təlimin proqramı:
ISO 31000 standarta uyğun olaraq Risklərin İdarəedilməsi Sistemlərinə giriş
Risklərin idarəedilməsi ilə bağlı əsas anlayışlar və təriflər;
Risklərin idarəedilməsi üzrə standartları və metodologiyalar;
Risklərin idarəedilməsi sisteminin tətbiqi;
Təşkilat və onun kontekstinin anlayışı.
ISO 31000 standartına uyğun olaraq riskin müəyyənləşdirilməsi və qiymətləndirilməsi,risk təhlili, riskin işlənməsi, rısklərin qəbul edilməsi, məlumatlandırması və monitorinqi
Təhlükələrin müəyyənləşdirilməsi;
Riskin təhlili və qiymətləndirilməsi;
Risklərin təsir obyektlərin müəyyənləşdirilməsi;
Riskin qəbulu və qalıq risklərin idarəedilməsi;
Risklər ilə bağlı kommunikasiyanın və məlumatlandırmanın təşkili;
Risklərin monitorinqi və yenidən qiymətləndirilməsi.