"Business Management School" MMC olaraq daha bir sahədə mütəxəssis yetişdirmə təliminə start veririk: "0-dan başlayanlar üçün Logistika Mütəxəssisi Təlimi"nə qeydiyyatlar başladı!
Təlimdə kimlər iştirak edə bilər?
Logistika sahəsində mütəxəssis kimi yetişərək karyera qurmaq istəyən hər kəs bu təlimdə işitrak edə bilər.
Siz bu təlimdə işitrak etməklə nələri öyrənəcəksiniz?
- A-dan Z-yə Logistika proseslərini həm nəzəri olaraq öyrənəcək, həm də praktiki bacarıqlara yiyələnəcəksiniz;
- Gömrük qanunvericiliyini və prosedularını peşəkar səviyyədə öyrənəcəksiniz;
- Logistika mütəxəssisi olaraq yetişəcək və bu sahədə karyera qurmaq üçün tam hazır olacaqsınız.
Modul 1: A-dan Z-yə Nəqliyyat Logistikası (16 saat)
Nəqliyyat logistikasının tarixi;
Logistikada qısaldılmış terminlər;
Logistikada istifadə olunan xəritə;
Çatdırılma şərtləri – İncoterms.
Yüklərin qablaşdırılması və markalanması (işarələnməsi);
Yüklərin nəqliyyat vasitələrinə yüklənməsi və bərkidilməsi;
Daşımaçılıqda istifadə olunan sənədlər – yükün qaiməsi, çəki vərəqi, ixrac bəyannaməsi, mənşə sertifikatı, baytarlıq (veterinar) sertifikatı və fitosanitar sertifikat.
Təhlükəli yüklər, onların bölgüsü, sənədlərdə qeyd olunması və qablaşdırılması. Təhlükəlilik piktoqramları;
Yükdaşıma sorğusunun hazırlanması və daşıyıcı şirkətin seçilməsi;
Yüklərin quru yolu ilə daşınması: yük daşıyan maşınların bölgüsü və bu daşımalarda istifadə olunan sənədlər. Bu sahəyə aid Beynəlxalq təşkilatlar və Beynəlxalq Qanunlar (Konvensiyalar).
Yüklərin dəniz yolu ilə daşınması: gəmilərin və konteynerlərin bölgüsü, dəniz limanları və orada həyata keçirilən əməliyyatlar. Bu sahəyə aid Beynəlxalq təşkilatlar və Beynəlxalq Konvensiyalar. Dəniz yolu ilə daşımalarda istifadə olunan sənədlər;
Yüklərin hava yolu ilə daşınması: təyyarələrin bölgüsü, hava limanları, onların kodlaşdırılması. Hava yolu ilə daşımalarda qiymətin formalaşması və bu daşımalarda istifadə olunan sənədlər;
Yüklərin dəmir yolu ilə daşınması: vaqonların bölgüsü, dəmir yol stansiyalarının kodlaşdırılması və bu daşımalarda istifadə olunan sənədlər;
Logistikada risklər və onların azaldılması yolları.
Praktiki məsələlər.
Modul 2: Gömrük Qanunvericiliyi və Prosedurları (8 saat )
Gömrük qanun vericiliyi və gomrük nəzarəti
Gömrük komitəsinin struktur, idarələri ve postları
Gömrük rəsmiləşdirilməsinin aparılması
Gömrük rəsmiləşdirilməsi üçün yükün sənədlərinin hazırlanmasi