"Business Management School" MMC olaraq daha bir sahədə mütəxəssis yetişdirmə təliminə start veririk: "ISO 14001:2015 Təlimi"nə qeydiyyatlar başladı!
Təlimin məqsədi:
ISO 14001:2015 tələblərinə uyğun ətraf mühitin idarəetmə sisteminin təkminləşdirilməsi üzrə bilik və bacarıqların əldə edilməsi. Standartın yenilənmiş tələblərinə baxılması, şirkətdə Ətraf mühitin idarəetmə sisteminin tətbiqi və sertifikatlaşdırma prosesinə optimal üsulların müəyyən edilməsi.
Əldə ediləcək biliklər:
ISO 14001:2015 standartın tələblərini; ətraf mühitin idarəetmə sistemləri sahəsində terminologiyanı; ətraf mühit sahəsində risklərinin və ekoloji aspektlərin müəyyən edilməsi və qiymətləndirilməsini, ekologiya sahəsində düzgün planlaşdırmanın təşkil edilməsini və məqsədlərin müəyyən edilməsi, həmçinin idarəetmənin əsaslarını; strateji hədəflərin və maraqlı tərəflər haqqında anlayışını; müxtəlif təyinatlı təşkilatlarda ISO 14001:2015 standartının tələblərinin tətbiq edilməsini.
Əldə ediləcək bacarıqlar:
Çirklənmədən, resursların səmərəsiz istifadəsindən, tullantıların düzgün idarə edilməməsindən, iqlim dəyşikliyindən, ekosistemin deqradasiyasından və bioloji müxtəlifliyin itirilməsindən ətraf mühit üzərində artan təzyiqlər ilə əlaqədar olaraq ictimai gözləntilər üzrə davamlı inkişaf, şəffaflıq, o cümlədən proseslərin monitorinqinin aparılmasını və rəhbərlik tərəfindən təhlilin aparılması üçün hesabatların tərtib edilməsini.
Təlimdə kimlər iştirak edə bilər?
Ətraf mühitin idarəetmə sistemlərinə cavabdeh olan ekoloq/mütəxəssislər; Ekoloji idarəetmə sistemləri üzrə menecerlə/rəhbərlər/ekoloqlar və ya rəhbərliyin səlahiyyətli nümayəndələri;
Ətraf mühit üzrə departamentin işçiləri;
Ətraf mühitin idarəetmə sistemləri üzrə təcrübəsini artırılmasında istəyən şəxslər
Tətbiq sahəsi:
Ətraf mühitin idarəetmə prinsipləri
Proses yanaşma
Planlaşdır
Həyata keçir
Yoxla
Hərəkət et prinsipi
Əhatə dairəsi
Təşkilatın mühiti (kontekst):
Təşkilatın və onun kontekstinin anlaşılması
Maraqlı tərəflərin ehtiyaclarının və gözləntilərinin anlaşılması
Ətraf mühitin idarəetmə sisteminin tətbiq sahəsinin müəyyən edilməsi
Ətraf mühitin idarəetmə sistemi
Liderlik və öhdəlik:
Liderlik
Ətraf mühit siyasət
Təşkilati vəzifə, öhdəlik və səlahiyyətlər
Ətraf mühitin idarəetmə sisteminin planlaşdırılması (risklərin və imkanların müəyyən edilməsi):
Risklər və imkanların müəyyənləşdirilməsi fəaliyyətləri
Ətraf mühit aspektlər
Uyğunluq öhdəlikləri
Fəaliyyətin planlaşdırılması
Ətraf mühit məqsədlər və onlara nail olmaq üçün planlaşdırma
Ətraf mühit məqsədlər
Ətraf mühit məqsədlərə nail olmaq üçün fəaliyyətlərin planlaşdırılması