Dövlət Satınalmaları Eksperti

Business Management School Təchizat Zəncirinin İdarə Edilməsi Təlim Layihəsi çərçivəsində yeni  "Dövlət satınalmaları Eksperti təlim" proqramının 52-ci sessiyasını elan edir. 

Bu təlimdə kimlər iştirak edə bilər?

 

  • Dövlət satınalmalarını həyata keçirən qurumların nümayəndələri
  • Dövlət satınalmalarında iştirak edən sahibkarlıq subyektlərinin nümayəndələri
  • Satınalmalar sahəsində çalışan mütəxəssislər
Bu təlimdən nələr əldə ediləcək? 
  • Dövlət satınalmaları sahəsində mövcud qanunvericiliyin və ona edilmiş dəyişikliklərin izahı.
  • Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının təmin edilməsi.
  • Elektron satınalmaların təşkili, şəffaflığın təmini, satınalma prosedurlarına riayət olunması və səmərəliliyin artırılması barədə dolğun məlumatlar.
  • Dövlət satınalmalarının metodları və onların tətbiqi şərtləri
  • Tenderə dair əsas şərtlərin və sənədlər toplusunun hazırlanması
  • Müqavilələrin idarə olunması.
  • Satınalma mütəxəssislərinin maarifləndirilməsi və praktiki biliklərinin artırılması.
Təlimdə tədris ediləcək mövzular:
  • Dövlət satınalmaları anlayışı və normativ hüquqi baza
  • Dövlət satınalmalarının planlaşdırılması
  • Dövlət satınalmaların təşkili
  • Dövlət satınalmalarının metodları və onların tətbiqi şərtləri
  • Elektron satınalma
  • Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakı
  • İxtisas uyğunluğuna dair tələblərin müəyyənləşdirilməsi
  • Malların satınalınması
  • İşlərin satınalınması
  • Xidmətlərin satınalınması
  • Tələb edilən zəmanətlər
  • Tender təkliflərinin qiymətləndirilməsi
  • Şikayətlərin verilməsi və mübahisələr
  • İmtahan 

Təlimin ümumi müddəti 16 saatdır.
Təlim həftənin 2-ci və 4-cü günləri, saat 19:15-dən, 21:15-ə kimi keçirilir

Digər Təlimlər

Müraciət et

Populyar Təlimlər