ISO 31000:2018

"Business Management School" MMC olaraq daha bir sahədə mütəxəssis yetişdirmə təliminə start veririk: "ISO 31000:2018 Təlimi"nə qeydiyyatlar başladı!

 

Təlimin məqsədi:

ISO 31000:2018 tələblərinə əsasən şirkətdə risklərin idarəedilməsi sisteminin təşkili, standartın tələblərinin öyrənilməsi, həmçinin risklərin qiymətləndirilməsi üzrə bilik və bacarıqların əldə edilməsi.

 

Əldə ediləcək biliklər:

Şirkətin qarşılaşdığı risklərin idarəedilməsinə dair rəhbəredici göstərişləri, o cümlədən risklərin idarə olunması prinsiplərini, həmçinin risklərin idarə olunması proseslərinin şirkətin fəaliyyətinə inteqrasiyası, risklərin səbəb və nəticələrinin, habelə onların təbiətinin, əmələgəlmə mənbələrinin müəyyən edilməsi üzrə biliklər.

 

Əldə ediləcək bacarıqlar:

Şirkətdə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və minimuma endirilməsi yolu ilə qarşıya qoyulan strateji hədəflərə nail olunmasına, fəaliyyətin səmərəliliyi və davamlı inkişafının təmin edilməsi bacarıqlarının mənimsəməsi.

 

Təlimdə kimlər iştirak edə bilər?
  • Şirkətin risklərinin qiymətləndirilməsinə cavabdeh olan mütəxəssislər;
  • Keyfiyyət, ətraf mühit, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə menecerlər və ya rəhbərliyin səlahiyyətli nümayəndələri və şirkətdə idarəetmə sisteminin daimi təkmilləşdirilməsi üzrə əlavə həllər axtaranlar;
  • Risklərin idarəedilməsi üzrə əlavə biliklərə sahiblənmək istəyən idarəetmə sistemləri üzrə auditorlar;
  • Biznes proseslərin sahibləri;
  • Layihə rəhbərləri və ya menecerləri.
Tətbiq sahəsi:
  • Risklərin idarəedilməsi ilə bağlı əsas anlayışlar və təriflər
  • Risklərin idarəedilməsi üzrə standartları və metodologiyalar
  • Risklərin idarəedilməsi sisteminin tətbiqi
  • Təşkilat və onun kontekstinin anlayışı
Prinsiplər:
  • İnteqrəolunmuş
  • Strukturlaşdırılmış və tam
  • Uyğunlaşdırılmış
  • Cəlb olunma
  • Dinamizm
  • Ən yaxşı mövcud olan informasiya
  • İnsan davranışı və mədəniyyətilə bağlı faktorlar
  • Davamlı təkmilləşdirmə
  • Risklərin idarə edilməsi sisteminin strukturu
  • Liderlik və öhdəliklər
  • İnteqrəetmə
  • Hazırlama
  • Təşkilatın və onun mühitinin anlaşılması
  • Risklərin idarə edilməsinə doğru öhdəliyin nümayiş etdirilməsi
  • İcra və nəticələrə görə vəzifələrin, səlahiyyətlərin və məsuliyyətlərin təyin edilməsi
  • Resursların bölüşdürülməsi
  • Kommunikasiya və məsləhətləşmənin ardıcıllığının müəyyənləşdirilməsi
  • Tətbiqetmə
  • Qiymətləndirmə
  • Təkmilləşdirmə
  • Uyğunlaşdırma
  • Davamlı təkmilləşdirmə
  • Proses
  • İnformasiyanın mübadiləsi və məsləhətləşmə
  • Tətbiq sahəsi, kontekst və meyarlar
  • Tətbiq sahəsinin müəyyənləşdirilməsi
  • Xarici və daxili kontekst
  • Risk meyarlarının müəyyən edilməsi
  • Riskin qiymətləndirilməsi
  • Riskin müəyyənləşdirilməsi
  • Riskin təhlili - Riskin qiymətləndirilməsi
  • Riskin emalı
  • Riskin emalı üçün variantların seçilməsi
  • Risklərin emalı üzrə planların hazırlanması və icra edilməsi
  • Monitorinq və təhlil
  • Nəticələrin qeydiyyatı və hesabatlaşma

 

Təlim yanaşması:
  • Nəzəriyə və təcrübədən nümunələr;
  • Praktiki iş.

Digər Təlimlər

Müraciət et

Populyar Təlimlər