Satınalmaçılar üçün Danışıqların İdarə Edilməsi Təlimi

Satınalmaçılar üçün Danışıqların İdarə Edilməsi Təlimi

10 ildir ki, peşəkar fəaliyyəti ilə təlim sektorunun öncül şirkətlərindən olan "Business Management School" MMC “Satınalmaçılar üçün Danışıqların İdarə Edilməsi” təlimini elan edir.
“Satınalmaçılar üçün Danışıqların İdarə Edilməsi” təlimi iştirakçılara müxtəlif iş və şəxsi situasiyalarda uğurlu nəticələr əldə etmək üçün danışıq bacarıqları, strategiyaları və texnikalarını öyrətmək üçün nəzərdə tutulub. Bu proqram iştirakçılara danışıqların əsas prinsiplərini anlamağa, praktiki tapşırıqlar və hadisə təhlilləri vasitəsilə bacarıqlarını artırmağa kömək edəcək.

 

Təlimin Məqsədi:

 

  • Təlim proqramının sonunda iştirakçılar:
  • Danışıq konseptlərini və çərçivələrini anlayacaq
  • Danışıq bacarıqlarını, o cümlədən ünsiyyət və inandırma bacarılarını inkişaf etdirəcək
  • Çətin danışıq və münaqişələrin həlli strategiyalarını öyrənəcək
  • Rol oyunları və hadisə təhlilləri vasitəsilə praktiki təcrübə əldə edəcək

 

Təlimdə kimlər iştirak edə bilər?

 

  • Biznes peşəkarları
  • Menecerler və komanda rəhbərləri
  • Satış və satınalma heyəti
  • Sahibkarlar və biznes sahibləri
  • Danışıqlar aparan hər bir kəs
Modul 1: Danışıqların Əsasları
  1. Danışıqların tərifi və əhəmiyyəti
  2. Danışıqlar növləri: distributiv vs. inteqrativ
  3. Əsas danışıqlar prinsipləri və konseptləri
  4. Emosional zəka və onun danışıqlardakı rolu
Modul 2: Danışıqlara Hazırlıq

 

  1. Məqsədlərin müəyyən edilməsi və BATNA təyini
  2. Hər iki tərəfin maraqlarının anlaşılması
  3. Araşdırma və məlumat toplama texnikaları
  4. Empatiyanın gücü və qarşı tərəfi anlama bacarıqları

 

Modul 3: Danışıqlar Strategiyaları və Taktikaları

 

  1. Ümumi danışıqlar üslubları
  2. Effektiv sualvermə və aktiv dinləmə
  3. İnandırma və təsir texnikaları
  4. Etirazlar və müqavimətlə mübarizə
  5. Bədən dilinin və qeyri-verbal siqnalların rolu

 

Modul 4: Çətin Danışıqların İdarəedilməsi
  1. Yüksək təzyiqli situasiyalarla işləmək
  2. Münaqişələrin həlli texnikaları
  3. Emosiyaların və psixoloji faktorların idarə olunması
  4. Danışıqlarda etik məsələlər
  5. Stressin idarə olunması və emosional dayanıqlılıq

 

Modul 5: Praktiki Təcrübə və Rol Oyunları

 

  1. Real həyat hadisələrinin təhlili
  2. Qrup rol oyunları və simulyasiyalar
  3. Rəy və təkmilləşdirmə texnikaları
  4. Bədən dili və emosional zəka üzrə praktiki məşğələlər

Təlimin ümumi müddəti 12 saatdır. 

Təlim 10:00-dan  14:00-a kimi ,həftənin şənbə günləri tədris edilir.

Təlim 3 dərs, 3 həftə davam edir.

Digər Təlimlər

Müraciət et

Populyar Təlimlər