Layihələr layihənin özündən daha geniş bir mühitdə baş verir. Layihənin idarə olunması, müvəffəqiyyətli bir layihəni həyata keçirmək üçün diqqətlə planlaşdırılmış və təşkil olunmuş fəaliyətdir. Bəzən layihənin müştəriləri və tərəfdaşları bir çox ölkələr və qitələr üzərində yayılmış ola bilər və bu da layihələrin eyni standarta görə idarəedilməsinin əhəmiyyətini bir daha vurğulayır.
Layihələr tikinti sənayesi, memarlıq, aerokosmik , müdafiə, kompüter şəbəkələri, telekommunikasiya və bunun kimi bir çox sahələrdə icra edilir.
İştirakçılar bu təlimdə layihə idarəetmə metodlarını əsaslı bir şəkildə anlayacaqlar. Həmçinin, iştirakçılar bu metodları hər hansı bir təşkilatda, hər hansı bir layihənin müvəffəqiyyətini təmin etmək üçün dərhal istifadə edə biləcəklər və bütün dünyada qəbul olunmuş layihə idarəetmə üsulları barəsində praktiki təcrübə əldə edəcəklər.Bütün layihə dövrünü əhatə edən bu təlim, Layihə İdarəetmə İnstitutunun (www.pmi.org) layihənin müvəffəqiyyəti üçün kritik olan məlumatları birləşdirən Project Management Body of Knowledge Guide (PMBOK’ guide) əsasında qurulmuşdur.
Bu təlimin məqsədi səmərəli bir layihə yaratmaq, idarə etmək və başa çatdırmaq üçün sizi lazımi bilik, bacarıq və üsullarla təmin etməkdir. Bu kursda iştirakçılar effektiv layihə idarəetmə təcrübələrini və həmin təcrübələrlə əlaqədar prosesləri dərindən mənimsəyəcəklər.
Təlimin ümumi müddəti 30 saatdır.
Təlim həftənin 1-ci, 3-ci və 5-ci gün saat 19:00-dan 21:00-adək olmaqla 2 saat müddətidən keçirilir və 5 həftə davam edir.
Növbəti sessiya 5 may tarixində start götürəcək.