Yanğın Təhlükəsizliyinin Təmin Edilməsi və Yanğınla Mübarizə

Yanğın Təhlükəsizliyinin Təmin Edilməsi və Yanğınla Mübarizə

Təlim təcrübə əsasında hazırlanmış və müvafiq beynəlxalq standartlar, eləcə də yerli qanunvericilik tələblərinə istinad olaraq müvafiq qaydada təqdim olunacaq. Təlimin məqsədi bütün işçilərə öz iş yerlərində təhlükəsiz işləməyə, o cümlədən digər işçilərə risk yaratmadan bilik və məlumat səviyyəsini artırmaqda yardımçı olacaqdır. Bu təlim ofis, tikinti, sənaye sahələri də daxil olmaqla, neft-qaz və s. bu kimi sahələr üçün nəzərdə tutulmuşdur. Təlim istədiyiniz dildə təşkil oluna bilər. Kursun məzmunu işçilərin çalışacağı sektora uyğun şəkildə tərtib edilə bilər. Praktiki dərslər və təlim materialları təşkil olunan təlim kursunun məqsədinə uyğun olaraq təqdim edilir. İştirakçılar, imtahanın sonunda sual-cavab formasında olmaq şərti ilə, qiymətləndirmədən keçirilir və imtahanı müvəffəqiyyətlə bitirən şəxslərə sertifikat təqdim olunur.
Aşağıdakılar kursun məzmununu əhatə edir

Giriş: 

Müəssisələrdə yanğından mühafizənin təmin edilməsi və bu sistemlərdən səmərəli şəkildə faydalanmaq. Yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərin yerinə yetirilməsinə səlahiyyətlərin müəyyən edilməsi. İşçi heyətin təhlükəsiz şəkildə təxliyyə edilməsi. Bina və onun hissələrinin odadavamlılıq dərəcəsinin düzgün şəkildə müəyyənləşdirilməsi. 

Təlim kimlər üçündür: 

Ofis, istehsalat, neft-qaz, kənd təsərrüfatı və digər sahələrdə çalışan bütün işçi heyəti üçün nəzərdə tutulmuşdur.

  • Yanğın törədən səbəblər və onların aradan qaldırılması;
  • Yanğın üçbucağı;
  • Öz-özünə alovlanma və öz-özünə yanma prosesləri;
  • Alovun növləri və yayılma sürəti;
  • Yanar maddələrin tərkibi və xassələri;
  • Yanğınsöndürmə vəsaitlərinin təsnifatı;
  • Yanğınsöndürücü maddələrin seçilmə prinsipi;
  • Odsöndürən vəsaitlər və onların xassələri;
  • Yanğını söndürmək üçün cihazlar, avadanlıqlar və quruluşlar;
  • Yanğın söndürmə quruluşları;
  • Su ilə söndürmə üçün avtomatik qurğular;
  • Yanğın siqnalizasiyası və rabitə;
  • İstehsalatın yanğın və partlayış təhlükəsi baxımından təsnifatı;
  • Ofis və yaşayış binalarında yanğın təhlükəsizlik tədbirləri;

Digər Təlimlər

Müraciət et

Populyar Təlimlər