Hündürlükdə işləyən işçilərə işlərin təhlükəsiz yerinə yetirilməsinin metod və üsullarının öyrədilməsidir.
Təlim kimlər üçün nəzərdə tutulub
Hündürlükdə işləri həyata keçirən bütün işçi heyəti üçün nəzərdə tutulmuşdur.
Business Management School MMC və Supply Chain Management MMC "DCS Group"MMC ilə Sətəm layihələri əsasında əməkdaşlıq edir. Bu təlimi bitirənlərə dövlət lisenziyalı sertifikat veriləcək. Lisenziya AR İqtisadiyyat Nazirliyi tərəfindən "Dövlət əlavə təhsil müəssisələri istisna olmaqla, əlavə təhsil müəssisələri fəaliyyətini həyata keçirməyə əsas verir.
Giriş
Hündürlük nədir - əsas terminlərin izahı
Hündür yerlədrə görülən işlərə qoyulan tələblər
Yüksəklikdə olan təhlükələr və onlara qarşı nəzarət tədbirləri
Düşən əşyalar və onların qarşısının alınması
Taxtabəndlərdən (ayaqaltılardan) və Nərdivanlardan təhlükəsiz istifadə qaydaları
İş platformaları (Mobil qaldırıcı və qayçı qaldırıcılarda iş)
Dam örtüyü üzərində işləmə
Yıxılma əleyhinə əlavə FMV (Təhlükəsizlik kəməri və ondan istifadə qaydaları)
Ayaqaltıların (Taxtabənd) təftişi və texniki baxışdan keçirilməsi
Avadanlıqların yoxlanılmasının və işlək vəziyyətdə saxlanılmasının əsasları
Hündürlükdə iş ilə bağlı baş verən fövqəladə hallar zamanı cavab tədbirləri