Business Management School SƏTƏM layihəsi üzrə "SƏTƏM-in əsasları" üzrə yeni təlim sessiyasına start verir.
Təlimin məqsədi:
Təlimin məqsədi bütün işçilərə öz iş yerlərində təhlükəsiz işləməyə, o cümlədən digər işçilərə risk yaratmadan aşağıdakı bəndlər üzrə bilik və məlumat səviyyəsini artırmaqda yardımçı olacaqdır.
SƏTƏM strategiyası, ən önəmli hadisələr və təhlükəsizlik prosedurları,
Qanunvericilik və digər hüquqi normativ aktlar,
Siyasətlər, Prosedurlar və təlimatlar haqqında məlumatlar,
Təhlükəsiz iş sistemi və işə icazə,
Təhlükələrin müəyyən olunması və riskin qiymətləndirilməsi,
Fövqəladə Hallar (FH) və onların növləri,
FH zamanı cavabdeh şəxslərin vəzifə borcları,
FH zamanı ümumi həyəcan siqnalının verilməsi,
FH zamanı işçi heyətin təxliyyə olunması və FH zamanı məruzə qaydası,
Təlim kimlər üçün nəzərdə tutulub:
Bu təlim ofis, tikinti, sənaye sahələri də daxil olmaqla, neft-qaz və s. bu kimi sahələr üçün nəzərdə tutulmuşdur. Hər bir işçi (Menecerlər, supervayzerlər, formenlər, SƏTƏM üzrə vəzifəli şəxslər/məsləhətçilər, inzibati və texniki işçilər) bu təlimdə iştirak edə bilər.
Təlimi bitirən iştirakçılar aşağıdakı bacarıqları əldə edəcəklər:
SƏTƏM siyasəti və qaydalarına necə əməl edilməsini
Sağlamlıqla və Təhlükəsiliklə bağlı rol, öhdəlik və məsuliyyəti dərk etmək
İş yerinizdə, gündəlik həyatınızda baş verə biləcək təhlükələr, onların müəyyənləşdirilməsi
Ehtimal olunan risklərin praktik cəhətdən aşağı salmağı
Təhlükəsiz iş mühitinin formalaşdırılmasını
Yanğın və digər fövqəladə hallar zamanı nələrə əməl etməli olduğunuzu biləcəksiniz.
Yerli qanunvericilik və Normativ hüquqi aktların tələbləri
Beynəlxalq standartlar: (ISO 45001 / ILO / NEBOSH / IOSH / OSHA / BSI)
SƏTƏM idarəetmə sistemi
SƏTƏM siyasəti, prosedur və təlimatlar
İş yerlərində SƏTƏM mədəniyyətinin təbliği
FH-ın təsnifatı (Təbii və Texnogen FH)
FH zamanı şəxsi heyətin öhdəlikləri və təxliyyəsi
Təhlükənin müəyyən olunması və risk qiymətləndirmə
ƏM və TT üzrə qızıl qaydalar
İşə icazə sistemi
Torpaq və qazıntı işləri zamanı təhlükəsizlik tədbirləri
Qapalı sahəyə giriş
Hündürlükdə görülən işlər
Enerji sistemlərinin təcrid edilməsi
Yükqaldırma əməliyyatları
Nəqliyyat vasitələrinin təhlükəsiz idarə edilməsi
Elektrik təhlükəsizliyi (LO/TO – Qıfıllama/Etiketləmə)
Yüklərin əllə daşınması
Sağlamlıq üçün zərərli olan maddələrə nəzarət (MSDS / COSHH)
Hadisənin araşdırılması, məruzə və kök səbəblərin tapılması