"Business Management School" MMC ölkəmizin təlim sektorunda HR təlimlərinin əsasını qoymuş, 2015-ci ildən indiyə kimi HR üzrə ən çox növdə və sayda təlimlər təşkil edərək keçirmiş və bu sahədə ən çox məzunu olan öncel təlim mərkəzlərindəndir.
HR sahəsində uğurla təşkil etdiyimiz təlimlərdən biri də "Səriştə Əsəslı Müsahibə Texnikaları" təlimidir. Bu təlimi 2017-ci ildən Türkiyənin HR sahəsindəki ən çox tələb olunan təlimçilərindən İpek Aralı təqdimatında təşkil edərək keçirməkdəyik. İndiyə kimi mütəmadi olaraq hər il açıq qrup formatında təşkil etdiyimiz bu təlimi həm də aşağıdakı şirkətlərin əməkdaşları üçün korporativ sifariş əsasında uğurla təşkil edərək keçirmişik:
- SOCAR (Aparatın və tabeli qurumların 5 qrup üzrə 70+ əməkdaşı üçün), - Azərsun (Mərkəz ofisin və tabeli şirkətlərin 60+ əməkdaşı üçün), - "Azərbaycan Dəmir Yolları" QSC (15 nəfər əməkdaşı üçün), Kapital bank (15 nəfər rəhbər əməkdaşı, 15 nəfər HR əməkdaşı üçün), - Araz Supermarketlər Şəbəkəsi (60+ rəhbər heyəti əməkdaşları üçün), SOCAR Dowenstream (30+ HR əməkdaşı üçün), OBA marketlər şəbəkəsi (20 nəfər əməkdaşı üçün)
Təlim kimlər üçün nəzərdə tutulub?
İnsan Resurslarının İdarə Edilməsi sahəsində çalışan rəhbər və mütəxəssislər
İşə qəbul mütəxəssisləri
İşə qəbul prosrsində iştirak edən qeyri HR rəhbərlər
"Səriştə Əsaslı Müsahibə" master-klassında nə üçün iştirak etməli?
Səriştəli namizəd tapmaq və komandaya cəlb etmək HR-ların ən önəmli və strateji işlərindən biridir. Artıq səriştəli bir insanın şirkətlərdə sürətli böyük dəyərlər yarada biləcəyi bir dövrdəyik. Həmin insanları axtarma prosesində Səriştə Əsaslı Müsahibə Texnikaları təlimi ilə ən çox maraq doğuran mövzulara aydınlıq gətirəcəyik;
Müsahibədə namizədin potensialını kəşf edəcəyimiz ən doğru suallar hansılardır?
Sual soruşarkən hansı metodlardan istifadə edə bilərik?
Namizədlərin cavablarını analiz edərkən nələrə diqqət etməliyik?
Müsahibədə diqqətlə yanaşmağımız lazım olan texniki məqamlar nələrdir?
Bu təlimdə iştirak etməklə nələr qazanacağıq?
Karyeralarında insanları uğura aparan və bir HR-ın namizəddə axtarmağı vacib olan 5 əsas xüsusiyyəti öyrənəcəyik.
CV-nin nə olduğunu və nə olmadığını anlayacağıq.
Müsahibə növlərini müzakirə edəcəyik
Müsahibədə bədən dili, zamanın idarə olunması, müraciət forumu kimi texniki mövzuların necə dəyərləndirilməsi və istifadə edilməsi lazım olduğunu öyrənəcəyik.
Müsahibə zamanı istifadə etdiyimiz əsas sual növlərini və quruluşlarını öyrənəcəyik.
Müsahibə prosesinin necə idarə olunmasını praktiki məşğələlərlə öyrənəcəyik
Təlim BMS ofisində keçiriləcəkdir.
Təlim iştirakçıları gün ərzində 2-3 dəfə çay-kofe fasiləsi və nahar yeməyi ilə təmin ediləcəklər.
YETKİNLİK BAZLI MÜLAKAT TEKNİKLERİ EĞİTİMİ
İÇERİK
1. İşe Alım ve Mülakat Sürecinde Kilit Kavramlar - Hatırlatma