"HR English" təlimi İnsan resursları sahəsində çalışan mütəxəssislərin beynəlxalq iş mühitində effektiv ünsiyyət bacarığını inkişaf etdirmək üçün hazırlanmış praktiki proqramdır.
Təlimin əsas məqsədi HR mütəxəssislərinə B1+ səviyyədə işgüzar HR terminologiyası, korporativ yazışma, intervyu aparmaq, performans dəyərləndirmə, hesabat hazırlığı və peşəkar təqdimat bacarıqları üzrə real işdə tətbiq olunan ingilis dili kompetensiyalarını qazandırmaqdır.
B1 səviyyəsində dili olmayan iştirakçılar üçün isə əvvəlcə General English → B1 hazırlıq mərhələsi tətbiq olunur.
Təlimdə kimlər iştirak edə bilər?
Bu proqram aşağıdakı şəxslər üçün nəzərdə tutulub:
HR mütəxəssisləri (HR Generalist, HR Specialist, HR Recruiter və s.)
HR sahəsində karyera qurmaq istəyənlər
HRBP olmaq istəyənlər
Beynəlxalq şirkətlərdə işləmək və ya xarici müştərilərlə ünsiyyət qurmaq məcburiyyətində olan HR-lar
İngilis dili səviyyəsi B1 olan və onu iş mühitində tətbiq etmək istəyən mütəxəssislər
B1 səviyyəsi olmayan və proqram çərçivəsində bu səviyyəyə çatmaq istəyən namizədlər
Bu təlimdə nə üçün iştirak etməlisiniz?
Çünki iş dünyasında artıq HR-lar yalnız yerli prosesləri deyil, qlobal HR standartlarını da anlamaq və tətbiq etmək məcburiyyətindədir.
İngilis dilində sərbəst HR kommunikasiya bacarığı isə sizi həm regional, həm də beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli edir.
Əgər karyerada “tavan effekti” ilə qarşılaşırsınızsa, çox güman ki, səbəb texniki bilik deyil, ingilis dilli kommunikasiya məhdudiyyətidir.
Təlimdə iştirakla nə qazanacaqsınız?
Təlimi bitirdikdən sonra iştirakçı:
HR mövzularında ingilis dilində daha rahat və düzgün ünsiyyət qura biləcək
HR email yazışmaları, görüşlər və təqdimatlarda peşəkar dil strukturlarından istifadə edəcək
Müsahibələr zamanı namizədlərlə ingilis dilində effektiv sualcavab apara biləcək
HR terminologiyasını real iş mühitində praktiki şəkildə tətbiq edə biləcək
Beynəlxalq HR mühitində və SHRM, CIPD kimi sertifikasiya proseslərində dili daha inamla istifadə edəcək
Təlim proqramı
Month, 1 – HR Fundamentals & Recruitment
Week, 1
Introduction to HR
HR roles & responsibilities Workplace vocabulary Professional communication basics
Week 2
Company structure
Job titles & departments
Describing roles and responsibilities Speaking practice