İnsan Resurslarının İdarə Edilməsi (HRM) Təlimi

İnsan Resurslarının İdarə Edilməsi (HRM) Təlimi

"Business Management School" MMC ölkəmizin təlim sektorunda HR təlimlərinin əsasını qoymuş, 2015-ci ildən etibarən İnsan Resursları sahəsində ən çox çeşiddə və sayda təlimlər təşkil edərək bu sahədə ən geniş məzun bazasına malik aparıcı təlim mərkəzlərindən biridir.

Bu gün Business Management School mütəmadi və periyodik olaraq HR sahəsində 20-yə yaxın fərqli təlim proqramı həyata keçirir. Həmin proqramlar arasında ən uzunmüddətli və ən geniş məzmunlu təlim “İnsan Resurslarının İdarə Edilməsi (HRM)” təlim proqramıdır.

72 saatlıq, 9 moduldan ibarət və 6 peşəkar təlimçi tərəfindən tədris olunan bu proqramın əsas məqsədi HR mütəxəssislərinə insan resurslarının idarə edilməsinə sistemli, praktik və strateji yanaşma qazandırmaq, HR funksiyalarının biznes nəticələrinə real təsirini artırmaqdır.

Təlim əyani formatda keçirilir və aşağıdakı elementləri əhatə edir:

- praktiki tapşırıqlar və real case-lər
- qrup müzakirələri və tətbiqi çalışmalar
- modulsonu ölçmə və geribildirim mexanizmləri

“İnsan Resurslarının İdarə Edilməsi” təlimi HR sahəsində çalışan mütəxəssislər üçün biliklərin sistemləşdirilməsi, praktiki bacarıqların inkişafı və strateji baxışın formalaşdırılması məqsədi daşıyan kompleks təlim proqramıdır.

Təlimi bitirən iştirakçılar HR proseslərini ayrı-ayrı funksiyalar kimi deyil, vahid və əlaqəli idarəetmə sistemi kimi tətbiq edə bilirlər.

Təlim kimlər üçün nəzərdə tutulub?
  • İnsan Resursları üzrə mütəxəssis, menecer və rəhbərlər
  • İşə qəbul üzrə mütəxəssis və menecerlər
  • Təlim və İnkişaf üzrə mütəxəssis və menecerlər
  • İnsan Resursları əməliyyatları üzrə çalışan mütəxəssislər
  • HR sahəsində çalışıb bilik və bacarıqlarını sistemləşdirmək istəyən şəxslər
Təlimi bitirdikdən sonra iştirakçı:      
  • HR idarəçiliyinə sistemli və strateji yanaşa biləcək                                   
  • İşə qəbuldan performansa qədər tam HR dövrünü idarə edəcək                           
  • Performans və KPI mexanizmlərini tətbiq edəcək                                                   
  • İşçilərin inkişafı, karyera planlama və təlim proseslərini idarə edəcək, istedadların inkişafına dəstək verə biləcək         
  • Məvacib strukturu və motivasiya sistemlərini formalaşdıracaq                                        
  • HR strategiyasını biznes strategiyası ilə uzlaşdıra biləcək
I modul |  İnsan Resursları və Biznes
Təlimçi: Cabir Süleymanlı
Müddət: 8 saat
 
  • HR-ın biznesdə rolu və inzibati funksiyadan strateji tərəfdaşlığa keçid
  • SHRM kompetensiya çərçivəsi əsasında HR üçün əsas davranış və peşə bacarıqları
  • Liderlik, təsir gücü və dəyişikliklərin idarə olunmasında HR rolu
  • Etik qərarvermə, maraqların toqquşması və davranış kodeksi anlayışı
  • Münasibətlərin və kommunikasiya proseslərinin strateji idarə edilməsi
  • HR üçün biznes savadlılığı, analitik düşüncə və data əsaslı qərarvermə
  • HR-ın daxili konsultant kimi dəyər yaratma mexanizmləri və təşkilati inkişafda rolu
 
II modul | Təşkilati Dizayn və İnsan Resurslarının Planlaşdırılması
Təlimçi: Emil Hüseyn
Müddət: 12 saat

 

Təşkilati dizayn
  • Təşkilati dizayn nədir ? Əhəmiyyəti ?
  • Təşkilati dizayn prosesi
  • Təşkilati dizaynın prinsipləri
  • Təşkilati dizayna təsir edən faktorlar
  • Təşkilati dizayn modelləri
  • AİHR təşkilati dizayn modeli və ya OD blueprint. Praktiki nümunə:  Fiesta Deliciosa (Meksika yeməkləri təqdim edən restoran)
  • Təşkilati struktur növləri: Mexaniki təşkilati strukturlar
  • Təşkilati struktur növləri: Organic təşkilati strukturlar
  • Təşkilati struktur növləri: Hibrid təşkilati strukturlar
  • Tapşırıq: «Fiesta Deliciosa» şirkətinin funksional komandaları, rolları və təşkilati strukturu
  • Təşkilatın maliyyə cavabdehliyi mərkəzləri
  • Təşkilatın maliyyə cavabdehliyi mərkəzləri – «Fiesta Deliciosa» nümunəsi
İnsan resurslarının planlaşdırılması
  • İnsan resurslarının funksiyaları. Funksiyaların qarşılıqlı əlaqəsi.
  • İnsan resurslarının planlaşdırılması nədir?
  • İnsan resurslarının planlaşdırılmasında 7 doğru anlayışı.
  • İR planlaşdırılmasının məqsədləri
  • İR planlaşdırmaya təsir edən faktorlar
  • İR planlaşdırmada maraqlı tərəflər
  • İR planlaşdırmanın mərhələləri
  • İR planlaşdırmasında istfadə edilən metodlar
  • İR planlaşdırmasında kritik anlayışlar
  • İş analizi nədir
  • İş analizi prosesi
  • İş analizi metodları
  • İş analizi zamanı cavablandırılmalı suallar
  • İş analizindən əldə edilən məlumatlar
  • İş analizi anketi
  • «Fiesta Deliciosa» MMC (F&B industry) nümunəsində iş analizi. Ofisiant vəzifəsinin iş analizi
  • İş analizinin nəticələri harda istifadə edilir
  • Vəzifə öhdəlikləri, səlahiyyət və məsuliyyət anlayışları
  • Məsuliyyətin bölgüsü RACİ matrisi. «Fiesta Deliciosa» MMCnin «Müştəri şikayətlərinin idarəedilməsi» prosesinin RACI matrisi
  • Vəzifə təlimatının hazırlanması. Vəzifə təlimatı nümunəsi: «Fiesta Deliciosa» MMC –nin ofisiant vzifəsi üzrə
  • ƏƏSMin Peşə və kvalifikasiya standartlarının reyestri – Ofisiant vəzifəsi üzrə peşə standartı
  • İnsan Resursları Planlaşdırmasının dostu Biznes Proseslərin İdarəedilməsi (BPM)
  • İş Etüdü
  • İş dizaynı
  • Biznesin İmkanlar xəritəsi (Business Capability map) nədir
  • «Fiesta Deliciosa» MMC Biznesin imkanlar xəritəsi
  • Səriştə nədir
  • Səriştə idarəetməsi (Competency Management) nədir
  • Biznesin imkanlar xəritəsi və Səriştə idarəetməsi arasında əlaqə
  • Səriştələrin təyini prosesi. Səriştələr necə təyin olunur
  • Səriştənin növləri
  • Səriştə modeli
  • Səriştə xəritələnməsi (Competency mapping). «Fiesta Deliciosa» nümunə səriştə xəritəsi
  • Səriştə passportu. «Fiesta Deliciosa» nümunə səriştə pasportu
  • Səriştə kataloqu və səriştə matrisi. «Fiesta Deliciosa» nümunə səriştə matrisi
  • Kvalifikasiya
  • Vəzifə üzrə tələblərin hazırlanması. Ofisiant vəzifəsi üzrə tələblər
  • İş yükü analizi nədir?
  • İş yükü analizinin metodları
  • Müşahidə metodu ilə iş yükü analizi
  • Xronometraj üsulu.
  • Optimal işçi sayı
  • Real işçi ehtiyacı
  • Davamiyyətlizlik analizi
  • Ehtiyat işçi ehtiyacı
  • Əlavə işçi ehtiyacı
  • Kadr axını faizi ( Turnover)
  • Yeni işçi ehtiyacı (Daimi, Müvəqqəti,Mövsümi)
  • Ümumi işçi ehtiyacı
  • Ratio analiz ilə işçi sayının müəyyənləşdirilməsi
  • Markov analizi ilə daxili işçi hərəkətliliyinin təhlili

 

III modul | İnsan Resursları Büdcələməsi və Xərclərin İdarə Edilməsi
Təlimçi: Emil Hüseyn
Müddət: 4 saat

 

  • Büdcələmə anlayışı. Büdcələmə metodları
  • Təşkilati xərclər
  • İnsan resursları xərcləri (İşgücü xərcləri)
  • İnsan resursları xərclərinə təsir edən amillər
  • İR xərclərin monitorinqi və il sonu proqnozlarının hazırlanması
  • İR xərclərin planlaşdırılması və büdcələmə
  • Tapşırıq: «Fiesta Deliciosa» restoranı nümunəsində İR xərcləri
  • «Fiesta Deliciosa» restoranı 2024cü il üzrə il sonu proqnozu
  • «Fiesta Deliciosa» restoranı 2025ci il üzrə büdcələməyə hazırlıq
  • «Fiesta Deliciosa» restoranı: şirkətin yeni təşkilati strukturuna uyğun İR ehtiyaclarını müəyyənləşdirmək
  • «Fiesta Deliciosa» restoranı: şirkətin yeni təşkilati strukturuna uyğun təlim ehtiyaclarını müəyyənləşdirmək
  • «Fiesta Deliciosa» restoranı: 2025cü il üzrə büdcə proqnozu
  • İR təşkilati məhsuldarlıq göstəriciləri
  • İnsan kapitalı ilə bağlı xərclərə dair hesabatvermə nümunəsi «Fiesta Deliciosa»
  • İnsan kapitalının təsirinə dair hesabatvermə nümunəsi «Fiesta Deliciosa»
 

 

IV modul | İstedadların Cəlbi və Müsahibə Texnikaları, Adaptasiya
Təlimçi: Fərid Tağıyev
Müddət: 10 saat

 

  • İşə Qəbul prosesinə hazırlıq mərhələsi: istedad xəritəsi, işə qəbul strategiyası və korparativ dəyərlər
  • İşə Qəbul strategiyası hazırlarkən turnover hesabatına istinad
  • İşə Qəbul Tuneli (Recruitment Funnel) və onun mərhələləri
  • İşə Qəbul Tunelinin metrikləri
  • Effektiv işə qəbul prosesində planlama və metod formalaşdırma
  • Namizəd mənbəyinin yaradılması, potensialları cəlb edə biləcəyimiz qaynaqlar
  • Effektiv işə qəbul prosesi üçün işəgötürən markası (employer branding)
  • Sosial Media və E-Recruitment qaynaq yaratma metodu kimi
  • “İstedad” və “potensial” anlayışı
  • Namizəd seçimi mərhələsində istifadə olunan alətlər: intelektual və emosional zəka testləri, peşə testləri, şəxsiyyət inventarı testləri - DİSC, 16 PF, dəyərləndirmə mərkəzləri
  • İşə Qəbul müsahibəsinin növləri və onların tətbiq edilmə məqamları
  • Effektiv işə qəbul üçün səriştə əsaslı müsahibə və STAR metodu
  • Dəyərləndirmə prosesində iş ailələrinə əsasən səriştə matriksinin qurulması və tətbiqi
  • Prosesdə iştirak edən namizədlərin dəyərləndirilmə metodları
  • İşə Qəbul Prosesində ERP və onun seçimi
  • İşə Qəbul Prosesində analiz və hesabatlılıq
  • İşə qəbul prosesinin referans araşdırması mərhələsi və yekun dəyərləndirmə mərhələsi
  • İş təklifi mərhələsi və diqqət edilməsi lazım olan nüanslar
  • Prosesə cəlb edilən və uyğun görülməyən namizədlərə geridönüş edilməsi prosesi
  • Stratejik İşə qəbul üçün keçmiş, mövcud və gələcək trendlərin analizi
  • Adaptasiya proqramının mahiyyəti, məqsədi və mərhələləri
  • Oryantasiya proqramının təşkil edilmə metodları
  • Sınaq müddətində işçinin dəyərləndirmə metodları və geridönüş edilməsi mərhələsi
  • Adaptasiya sisteminin idarə edilməsində ənənəvi və müasir yanaşmalar
  • Adaptasiya prosesində yekun dəyərləndirmə
     

 

V modul | Performans Menecmenti Sisteminin Qurulması 
Təlimçi: Şəhriyar Qrubanov
Müddət: 12 saat

 

  • Performansın idarə edilməsinin əhəmiyyəti və üstünlükləri
  • Performans idarə etmənin prinsipləri
  • Performans idarə etmənin məqsədləri
  • Effektiv performans idarə etmə sisteminin tələbləri
  • Performans idarə etmə sistemində rollar və öhdəliklər
  • Balanslaşdırılmış göstəricilər sistemi
  • Performans idarə etmə sisteminin strukturu
  • Performans idarə etmə sisteminin tətbiq mərhələləri
  • Performans kriteriyalarının müəyyənləşdirilməsi
  • Hədəflərin müəyyənləşdirilməsi standartı
  • Səriştə və davranışların müəyyənləşdirilməsi
  • Performansın qiymətləndirilməsi (qiymətləndirmə metodları, metodların üstünlükləri və çətinlikləri, qiymətləndirmə xətaları)
  • Performans idarə etmə prosesinin mərhələləri
  • Geribildirim vermənin növləri və metodları
  • Performansın idarə edilməsi üzrə bacarıqlar
  • Performans inkişaf planlarının hazırlanması
  • Təlim müddətində praktiki tapşırıqlar

 

VI modul | Karyera İdarəçiliyi Sisteminin Qurulması
Təlimçi: Fərid Tağıyev
Müddət: 4 saat

 

  • Karyera idarəçiliyi anlayışı və təşkilatlar üçün strateji əhəmiyyəti
  • Təşkilatlarda karyera idarəetməsi yanaşmaları və müasir karyera modelləri
  • Karyera arxitekturası və təşkilatda karyera sisteminin qurulması
  • Vəzifə ailələri (Job Families) və karyera pillələrinin müəyyən edilməsi
  • Vertikal, horizontal və ekspert karyera yolları
  • Təyinat və yüksəliş kriteriyalarının müəyyən edilməsi
  • Kritik vəzifələrin müəyyən edilməsi və təşkilat üçün əhəmiyyətinin qiymətləndirilməsi
  • Rotasiya proqramları və karyera inkişafında rotasiya modelləri
  • Fərdi inkişaf planı (IDP) və onun hazırlanma mərhələləri

 

VII modul | İstedadların İdarə Edilməsi və Xələflik
Təlimçi: Fərid Tağıyev
Müddət: 4 saat

 

  • İstedad idarəetməsi anlayışı və təşkilatlar üçün strateji əhəmiyyəti
  • Yüksək potensial əməkdaş (High Potential) anlayışı və əsas xüsusiyyətləri
  • Yüksək performans və potensial anlayışlarının fərqi
  • İstedadların müəyyən edilməsi metodları və yanaşmaları
  • 9-Box Talent Matrix və onun tətbiqi prinsipləri
  • Talent pool anlayışı və təşkilatda istedad hovuzunun yaradılması
  • Kritik vəzifələr üçün istedadların müəyyən edilməsi
  • Xələflik planlaması (Succession Planning) anlayışı və məqsədi
  • Xələf namizədlərin inkişaf etdirilməsi üçün istifadə olunan alətlər

 

VIII modul | Öyrənmə və inkişaf (L&D)
Təlimçi: Alruz Sultan
Müddət: 8 saat

 

Tərtib (İllik Təlim Planının tərtib edilməsi)

  • Fərdi qiymətləndirmənin aparılması
  • Qiymətləndirmə meyarlarının müəyyən edilməsi
  • Fərdi Qiymətləndirmə Blankının tərtib edilməsi
  • Təlim ehtiyaclarının müəyyən edilməsi
  • Təlim Müraciəti Blankının tərtib edilməsi
  • Təlim Müraciəti Blanklarının analiz edilməsi
  • İllik Təlim Büdcəsinin tərtib edilməsi

İcra (İllik Təlim Planının icra edilməsi)

  • Prioritetlərin müəyyən edilməsi
  • Təlim bölməsinin fəaliyyət planının tərtib edilməsi
  • Təlim müəssisələri və Təlimçilərin axtarışı
  • Rəsmiləşdirmə və təşkilati işlərin həyata keçirilməsi
  • Təlimin qiymətləndirmə meyarlarının müəyyən edilməsi
  • Təlim Qiymətləndirmə Blankının tərtib edilməsi

Hesabat (Təlimlərlə bağlı Hesabatın tərtib edilməsi)

  • Keçirilən təlimlərin data bazasının yaradılması
  • Sertifikatların data bazasının yaradılması
  • Qiymətləndirmə blanklarının data bazasının yaradılması
  • Təlimlərlə bağlı illik hesabatın tərtib edilməsi

 

VI modul | İş Dəyərləndirmə və Əmək Haqqı Sisteminin Qurulması
Təlimçi: Gündüz Abdullayev
Müddət: 10 saat

 

İş (vəzifə) dəyərləndirmə prosesi

  • Struktural kontekst
  • İş dəyərləndirmə təlimatları və qaydaları
  • İş Dəyərləndirmə prosesinin ənənəvi və müasir metodologiyaları
  • İş Dəyərləndirmə prosesinin məqsədləri və İnsan Resursları funksiyalarına təsiri.
  • HAY İş Dəyərləndirmə metodologiyası, strukturu və çalışma prinsipləri.
  • İş Dəyərləndirmə nəticələrinin oxunması və şərh edilməsi.
  • Faktorlarası hiyerarxial tutarlılığın analizi


Əmək haqqı sisteminin qurulması

  • Əmək haqqı mexanizminin stratejik təsiri
  • Toplam mükafat anlayışı
  • Ödəmə siyasəti dizaynı
  • Performans və dərəcə əsaslı əmək haqqı sistemi 
  • Əmək haqqı artımı örsesinin qurulması və tətbiqi


Yan haqq anlayışı

  • Maddi və qeyri-maddi motivasiya anlayışı
  • Azərbaycanda imtiyaz (yan haqq) paketlərinin təhlili
  • İmtiyaz siyasətinin qurulması

Təlimin ümumi müddəti 72 saatdır.

Təlim həftədə 3 gün aşağıdakı qrafik üzrə keçirilir:

Həftənin 2-ci və 4-cü günləri: 19:00–21:00

Həftənin bazar günləri: 10:00–14:00 

Ümumi tədris yükü: həftədə 8 saat.

Digər Təlimlər

Müraciət et

Populyar Təlimlər